Koronavirusa yoluxan aktrisa şikayətləndi

Koronavirusa yoluxan aktrisa şikayətləndi

Koronavirusa yoluxmuş Hollivud aktrisası Olga Kurylenko Londondakı xəstəxanaya düşə bilmədiyindən şikayətlənib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə aktrisa özü bildirib.

Xəstəliyə yoluxmuş 40 yaşlı Hollivud ulduzunun dediyinə görə, xəstəxanalar doludur və oraya "yalnız həyatla mübarizə aparan insanlar" aparılır.

Qeyd olunur ki, Kurylenko bir az əvvəl 39 dərəcəlik bir temperaturda xəstəxanaya yerləşdirilmişdi və burada onun boğazından analiz nümunəsi götürülüb.

"Dəstəyinizə və xoş sözlərə görə hamınıza təşəkkür edirəm... Mənə dedilər ki, vəziyyət pisləşərsə, yenidən təcili yardım çağırmaq olar", deyə Ceyms Bond haqqında filmin ulduzu bildirib.

Kurylenko qeyd edib ki, onun temperaturu xeyli aşağı düşüb. Aktrisa, hər yerdə, hətta qapı sapından və ya taksidən də koronavirusa yoluxa biləcəyini düşünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə