Koronavirusa yoluxanların sayı 200 nəfəri keçdi Tailandda

Koronavirusa yoluxanların sayı 200 nəfəri keçdi Tailandda

Tailandda son sutka ərzində 35 yeni koronavirusa yoluxma halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yoluxanların əksəriyyəti - 13 nəfər tay boksu üzrə görüşün keçirildiyi stadionda iştirak edənlərdir. Daha əvvəl taylandlı aktyor Metyu Din Çanthavani “Instagram”da koronavirus testinin müsbət nəticələndiyini bildirmişdi. KİV-də yayılan məlumata görə, o, ray boksu üzrə görüşün aparıcısı olub. Beləliklə, Tailandda yeni növ koronavirusa yoluxanların ümumi sayı 212 nəfərə çatıb, 42 nəfər sağalıb, 1 nəfər ölüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə