ABŞ-da virusdan ölənlərin sayı 108-ə çatıb

ABŞ-da virusdan ölənlərin sayı 108-ə çatıb

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 6362 nəfərə, ölənlərin sayı isə 108 nəfərə çatıb. SİA xəbər verir ki, ölkədə virusun yayılması ilə bağlı məlumatları izləyən Cons Hopkins Universiteti son rəqəmlərə görə ABŞ-da virusa yoluxma və ölüm hallarının artığını bəyan edib.

Son statistik məlumatlara əsasən, ABŞ-da koronavirusa yoluxan və bu səbəblə ölənlərin sayı gündə 20-dən çox olur, ümumi yoluxma sayı isə 6362-ə yüksəlib.

Bu ölüm hallarının 55-i ABŞ-da virusun ilk dəfə qeydə alındığı ştat Vaşinqtonda, 13 ölüm halı Nyu Yorkda, 12-si isə Kaliforniyada olub.

Son iki gündə isə virusa yoluxanların sayı xeyli artıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə