Prezident 70 yaşından yuxarı olanların evdən çıxmasına qadağa qoydu Kolumbiyada
Kolumbiya prezidenti İvan Duqe ölkədə fövqəladə vəziyyət elan edib və 70 yaşından yuxarı olan insanların evdən çıxmasına qadağa qoyub. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Dövlət başçısı olaraq və Nazirlər Kabinet ilə birlikdə, siyasi konstitusiyamızın 215-ci maddəsinin müddəalarına uyğun olaraq ölkədə fövqəladə vəziyyət elan etməyi qərara aldıq. Koronavirusla bağlı görüləcək əsas tədbirlərdən biri, yaşlıların evlərini tərk etməsi ilə bağlı qadağanən qoyulmasıdır”,- deyə Duqe öz “Twitter” hesabında birbaşa efir zamanı bildirib.
O söyləyib ki, nənə və babalarımızı qorumaq üçün ölkədə martın 20-dən mayın 31-nə qədər izolyasiya tədbirləri həyata keçirilərək: “ 70 yaşından yuxarı olan şəxslər evdə təhlükəsizlik şəraitində qalmalıdırlar. Bu müddət ərzində istehlakçıları zəruri mal və xidmətlər ilə təmin etmək, dərman almaq və maliyyə xidmətlərindən istifadə etmək üçün onların rifah halını təmin etməklə bağlı müvafiq təşkilatlara tapşırıqlar verilib”.
Qeyd edək ki, Kolumbiyada son gün ərzində koronavirusa 10 nəfər yoluxub. Ümumilikdə bu ölkədə xəstəlikdən əziyyət çəkənlərin sayı 75 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB