Suriyada koronavirusa yoluxma ilə bağlı bircə hal belə qeydə alınmayıb. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmayer keçirdiyi brifinqdə deyib.
“Suriyada yeni növ karonavirusa yoluxma halı yoxdur. Hazırda hökumətin nəzarəti altında olan ərazilərdə testlər keçirmək mümkünlüyü yaranıb”, deyən ÜST rəsmisi Suriyanın şimal-qərbində müxalifətin nəzarətində olan ərazilərin yoxlanılmadığını da qeyd edib.
Onun sözlərinə görə, Dəməşqdə 34 test aparılıb və onların heç biri müsbət nəticə göstərməyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB