ABŞ-da silah almaq istəyənlər də uzun növbələr yaradıblar

Koronavirus epidemiyası ilə birlikdə hökumətlər tərəfindən görülən karantin tədbirlərindən sonra dünyanın bir çox yerindəki ticarət mərkəzlərinin qarşısında uzun sıralar meydana gəlib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Təmizləyici materiallar, tualet kağızı, makaron kimi məhsullardan sonra ABŞ-da insanlar silah almaq üçün uzun növbələr yaradıblar.

Kaliforniyanın San Bruno şəhərindəki silah dükanının qarşısında uzun növbə görülüb.

Silah satışları ABŞ-da epidemiyanın yayılması ilə ikiqat artmasına baxmayaraq, bəzi dükanlarda ehtiyatların çatışmazlığı olduğu yerlərdə satışları məhdudlaşdırmaq məcburiyyətində qalındığı bildirilib.

Xatırladaq ki, ABŞ-da 16 mart tarixinə koronavirus hadisələrinin sayı 3 min 487 nəfər olaraq açıqlansa da, bu günə qədər ən azı 68 adamın öldüyü məlumdur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə