Trampın "COVİD-19"-a "Çin virusu" deməsi...

Trampın "COVİD-19"-a "Çin virusu" deməsi...

ABŞ Prezidenti Donald Trampın "COVİD-19"-u "Çin virusu" adlandırması Pekin rəhbərliyini qəzəbləndirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang Trampın sözlərindən "böyük qəzəb hiss etdiklərini" bildirib.
Çin sözçüsü, Ümumdünya Səhiyyə Təşkilatı və tibb dünyasının bir virusun ölkə və ya bölgə ilə qeyd edilməsinə qəti şəkildə qarşı olduğunu söyləyib.

Dövlətin nəzarətində olan Çin Xəbər Agentliyində edilən şərhdə, virusun bu ölkə tərəfindən "ölkəyə irqçilik və ksenofobiya adı verildiyi" fikri ifadə edilib.

Tramp son twitter mesajında ​​ölkəsində baş vermiş epidemiyadan təsirlənən şirkətlərə dəstək verəcəyini söyləyərək, "Covid-19"u Çin virusu olduğunu söyləyib

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə