Ümumdünya Səhiyyə Təşkilatı Covid 19 epidemiyasının yeni mərkəzinin Avropa olduğunu açıqladıqdan sonra bir çox ölkədə, xüsusən də İtaliyada, "köhnə qitə" də koronavirus itkisi artır. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
İtaliyada son bir gündə koronavirus səbəbiylə daha 368 adam ölüb, ölkədə ölənlərin sayı isə 2 min 158 nəfərə yüksəlib. Ölkədəki hadisələrin ümumi sayı da 28 minə yaxınlaşıb.
Qeyd edək ki, dünyada 17 Mart 2020-ci il tarixi etibarilə ölənlərin sayı 7 min 174 nəfər olduğu açıqlansa da, hadisələrin sayı 183 minə yaxınlaşıb. 80 minə yaxın yoluxmuş insan sağalıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB