Uhanda virusun yayılması sürətlə azalır

Uhanda virusun yayılması sürətlə azalır

Covid-19-un ilk dəfə aşkarlandığı Çinin Vuhan şəhərində son 24 saat ərzində yalnız 5 yeni halın qeydə alındığı bildirilib. Dünyada xəstəliyə yoluxanların sayı sürətlə artsa da, Vuhanda iki gündür ardıcıl elan edilən xəstə sayları 10-u keçməyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Vuhanın mənsub olduğu Hubei əyalətinin digər şəhərlərində ardıcıl səkkiz gündür yeni bir hadisə baş verməyib.
Covid-19 Çində 3000 can alıb.

ABŞ-da itkinlərin sayı 41 nəfərə yüksəlib. Ölkə daxilində fövqaladə hal elan olunub.

ABŞ-da təsdiqlənmiş yeni koronavirus epidemiyasına yoluxmuş (Covid-19) sayı 700 nəfərə yaxınlaşsa da, ölənlərin sayı 41 nəfər olub.

Alınan tədbirlər ilə əlaqədar mətbuat konfransı keçirən ABŞ Prezidenti Donald Tramp epidemiya səbəbiylə "milli fövqəladə vəziyyət" elan edildiyini açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə