Əfqanıstanda ilk koronavirusa yoluxmuş xəstə müalicə edilib. İrandan qaçqın axınına baxmayaraq, Əfqanıstan koronavirusun yayılması ilə vəziyyəti nəzarətdə saxlayır və bir xəstə artıq sağalıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri RİA Novostiyə müsahibəsində İranın Rusiyadakı səfiri Məhəmməd Lətif Bahand söyləyib.
"Bəlkə İrandakı hadisələrlə əlaqədar çox sayda qaçqın Əfqanıstana getdiyinə görə vəziyyətə nəzarət etmək çətindir. Ancaq bu qədər böyük bir kütləvi xəstəlik yoxdur. İlk xəstə martın 12-də sağalıb və evə göndərilib", deyə səfir bildirib.
Diplomat xatırladıb ki, Prezident Qaninin göstərişi ilə Əfqanıstanın ikinci vitse-prezidentinin rəhbərliyi altında xüsusi qruplar yaradılıb.
"Onlar artıq işə başlayıblar", deyə Bahand diqqətə çatdırıb.
Xatırladaq ki, hazırda Əfqanıstanda koronavirusa yoluxanların sayı 21-ə çatıb. Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını elan edib. Hazırda dünyada 140-dan çox ölkədə 153 mindən çox insan artıq bu xəstəliyə yoluxub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB