Martın 17-nə keçən gecə İtaliyanın cənubunda 3,5 bal gücündə bir sıra təkanlar qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə RAI-news-24 kanalı məlumat yayıb.
Məlumata görə, zəlzələ Calabria bölgəsində olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Kanalın bildirdiyinə görə, Cosenza şəhəri ərazisindəki əhali zəlzələni hiss edib, bir çoxu küçələrə axışıb.
Xatırladaq ki, hazırda bütün İtaliyada koronavirus epidemiyası ilə əlaqədar karantin tətbiq olunur. Qaydalara görə, insanların qrup halında toplaşmasına icazə verilmir və infeksiya qarşısını almaq üçün insanlar ən azı bir metr məsafədə təhlükəsizlik məsafəsini saxlamalıdırlar.
Qeyd edək ki, İtaliyada COVID-2019 pandemiyası başlayandan bu günə qədər virus təxminən 28 min insana yoluxub, 2 mindən çox ölüm hadisəsi qeydə alınıb. Ən çox yoluxanlar Lombardiyadadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB