Hərbi baza atəşə məruz qaldı

Hərbi baza atəşə məruz qaldı

İraqdakı koalisiya hərbi bazası atəşə tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əl-Arabiya telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Çərşənbə axşamı, 17 Mart tarixində, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin yerləşdiyi İraqdakı hərbi bazanın ərazisində bir neçə raket partlayıb. Əl-Arabiyanın məlumatına görə, ən azı iki raket zərbəsi ilə Bağdadın cənubundakı Basmay hərbi bazasına hücum edilib.

Atışma nəticəsində itki və mümkün zərər barədə məlumat verilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə