Çindən olan AliExpress satıcılarının demək olar ki, hamısı sifarişləri yenidən göndərməyə başlayıblar. SİA xəbər verir ki, bu barədə “TASS” agentliyi “AliExpress Rusiya”ya istinadən məlumat yayıb.
Məlumata görə, Çindən olan demək olar ki, bütün AliExpress satıcıları işlərini bərpa ediblər və sifariş göndərməyə başlanılıb.
"AliExpress-də Çindən olan istehsalçıların 95%-i normal işə qayıdıb və müştərilərə normal rejimdə malların çatdırılmasını bərpa edib" deyə agentlik bildirir.
Hal-hazırda Çindən gətirilən məhsullar bərpa olunur, lakin fevral və mart aylarında gecikmə ilə də göndərilə bilər.
Beləliklə, əvvəlki bir ay yarımda təxirə salınmış bağlamaların 10 gün ərzində çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyi qeydə alınıb. Xəstəliyin törədicisi yeni növ koronavirus hesab olunur. Yoluxma onlarla ölkəyə yayılıb, 160 mindən çox insan bu xəstəliyə yoluxub, 6 mindən çox insan isə həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB