Koronavirusa yoluxan Tom Hanks xəstəxanadan buraxıldı

Koronavirusa yoluxan Tom Hanks xəstəxanadan buraxıldı

Bir müddət əvvəl koronavirus diaqnozu qoyulmuş amerikalı aktyor Tom Hanks və həyat yoldaşı Rita Uilson Avstraliyadakı xəstəxanadan buraxılıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, indi cütlük kirayəyə götürülən fərdi evdə karantinə gedəcəklər.

Xatırladaq ki, Hanks və həyat yoldaşı, Elvis Presli haqqında filmdə çəkilmək üçün yanvar ayının sonunda Avstraliyaya gəliblər. Daha sonra aktyor koronavirusa yoluxduğunu özü xəbər verib, lakin özünü yaxşı hiss etdiyinə əmin olduğunu da bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə