Türkiyədə koronavirusa yoluxanların sayı 18 nəfərə çatıb. SİA xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məsələ ilə bağlı açıqlama yayıb.
O bildirib ki, ölkədə daha 12 nəfər virusa yoluxub və hazırda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərdir. Onlardan iki nəfər isə virusa ilk yoluxan şəxslə təmasda olublar. Səhiyyə naziri əlavə edib ki, bu hazıra olan ən açıq və bilgidir.
Qeyd edək ki, yoluxanların 7-si Avropadan, 3 Amerika Birləşmiş Ştatlarından gəlib.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB