ÜST: Avropada koronavirusdan ölüm halları artacaq

ÜST: Avropada koronavirusdan ölüm halları artacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Avropada koronavirusdan ölüm hallarının artacağını gözləyir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ÜST nümayəndəsi Tarik Yazareviç bildirib.

Onun sözlərinə görə, epidemiyanın ilk mərhələsində olan ölkələrdə ölüm yaxın günlərdə və ya həftələrdə başlaya bilər.

"İtaliyada püskürmə digər Avropa ölkələrinə nisbətən daha uzun müddət inkişaf etdi və buna görə daha çox xəstə ya xəstəxanadan çıxacaq, ya da öləcək", deyə ÜST nümayəndəsi bildirib.

Yazareviç əlavə edib ki, bu ölkədə COVID-19-dan ölənlər 2-3 həftə əvvəl yoluxmuşlardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə