Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlandı TÜRKİYƏDƏ

Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlandı TÜRKİYƏDƏ
Türkiyədə Ümrə ziyarətindən qayıdan bir nəfərdə yeni tip koronavirus (COVİD-19) aşkarlanıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter hesabında yazıb. Nazir koronavirus infeksiyası ilə əlaqədar yeni götürülən test nümunələrin nəticələrinin pozitiv olmasından narahatlığını ifadə edib: "Son bir həftə içində ziyarətdən dönən yurddaşımızın test nəticələri çox təəssüf ki, pozitiv çıxdı. Yeni yoluxmaların baş verməsindən narahatıq". Bununla da koronovirusa yoluxma sayının Türkiyədə 6-ya çatdığını deyən nazir xəbərdarlıq edərək bildirib ki, Ümrə ziyarətindən yeni qayıdan hər kəs 14 gün karantində qalma tələblərinə düzgün riayət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə