Rusiyada yanğın zamanı 4 uşaq yanaraq ölüb

Rusiyada yanğın zamanı 4 uşaq yanaraq ölüb

Rusiyanın İrkutsk vilayətininin Tayşet şəhərində yanğın zamanı 4 uşaq yanaraq ölüb.

SİA “qazeta.ru”ya istinadən xəbər verir ki, hadisə Qornaya küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürdükdən sonra evdən 11 aylıq, 3, 4 və 6 yaşında 4 uşağın cəsədini tapıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu (İki və ya daha çox şəxsin səhlənkarlıqdan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə