Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda ölkə ərazisində koronavirusa yoluxmada şübhəli bilinən 418 nəfər karantində saxlanılır, 54 nəfər isə stasionar müalicə alır.

Ölkə ərazisində bəzi rəsmi, kütləvi idman və mədəni tədbirlər, xarici ölkələrə ezamiyyətlər təxirə salınsa da koronavirusa yoluxma hallarının artacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə