İspaniya bütün ölkədə karantin elan etdi

İspaniya bütün ölkədə karantin elan etdi

İspaniya hökuməti koronavirus xəstəliyinin ölkəyə yayılması səbəbi ilə bütün ölkədə karantin elan edib. SİA xəbər verir ki, qərar rəsmi olaraq qəbul edildib. Belə ki, fövqəladə vəziyyət elan edən ölkədəki vətəndaşlara yalnız işləmək, yemək, dərman almaq və xəstəxanaya getmək üçün evdən çıxmağa icazə veriləcək.

İspaniya Daxili İşlər Nazirliyinin yerli və regional qüvvələr də daxil olmaqla bütün polis qüvvələrinə əhaliyə nəzarət etmək qərarı verildiyi bildirildib. İspaniyada bu günə qədər 5232 nəfər virusa yoluxub. Ölkədə bu günə qədər 133 nəfər koronavirusdan həyatını itirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə