İran ABŞ-ın İraqda yerləşən hərbi qoşun bazasına raket hücumu etmədiyini açıqladı. SİA xəbər verir ki, İran haqqında səsləndirilən ittihamlarını rədd edib.
ABŞ-ın İrandakı diplomatik əlaqələrini aparan İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. İran Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya əsasən, İsveçrənin Tehrandakı səfiri Markus Leytnerə ABŞ-a göndərməsi üçün etiraz notası verildi. Belə ki, notada ABŞ və koalisiya qüvvələrinin İraqda yerləşən Bağdad Taci Hərbi Bazasına raket hücumlarında İrana qarşı irəli sürülən ittihamların "əsassız" olduğu bildirilir. Səfir Leytnerə ABŞ-ın İrana qarşı hesablanmamış addımlarının bir nəticəsi olacağı haqda xəbərdarlıq edilib.
Qeyd edək ki, Tehran və Vaşinqton arasındakı diplomatik məsələlər İsveçrə vasitəsilə aparılır. Martın 11-də Taci Hərbi Bazasına edilən raket hücumlarında 2 ABŞ və 1 ingilis əsgəri ölüb, 12 əsgər isə yaralanıb. Bu gün eyni bazada yeni bir hücumun olduğu bildirilib. ABŞ-ın Müdafiə naziri Mark Esper hücumun İranın dəstəklədiyi qüvvələr tərəfindən edildiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB