Son 24 saat ərzində Misirdə koronavirusa daha 13 yoluxma halı qeydə alınıb. SİA xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, COVID-19 virusuna yoluxanların səkkizi əcnəbilər, beşi isə yerli sakinlərdir. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 93 nəfərə çatıb. İki nəfər isə xəstəlikdən həyatını itirib.
Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, müayinə üçün xəstəxanalara müraciət edən 32 nəfərdə koronavirus analizinin nəticələri mənfi olub.
Təhlükəli virus Şimali Afrika regionunun digər ölkələrində də yayılır. Son məlumatlara görə, Mərakeşdə 7, Əlcəzairdə 19, Tunisdə isə 16 nəfər koronavirusa yoluxub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB