Dekabrın 12-də Vuhanda görünən və qısa müddətdə dünyaya təsir edən koronavirusunun yeni növü (Covid-19) ilə bağlı son xəbərlər gəlməyə davam edir. Virusun ən çox təsir etdiyi ölkələrdən biri olan İtaliyada daha 250 nəfərin öldüyü xəbəri gəlib. Son rəqəmlərə uyğun olaraq, İtaliyada ölənlərin sayının 1266 nəfərə qədər artdığı bildirilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir. Koronavirusu İtaliyada gündəlik həyata da təsir edib. İtalyanların gündəlik həyatında köklü dəyişikliklər yaşansa da, son görüntülər dünyanı heyrətləndirib.
Son xəbərin təfərrüatları ...
Vuhanda meydana gələn və qısa müddətdə dünyaya təsir edən yeni növ koronavirusu ilə bağlı son dəqiqə xəbərləri gəlməyə davam edir. Çində yaranan virusun dünyada ən çox İtaliyaya təsiri olub. Son 24 saatda ölənlərin sayının 250 nəfər olduğu bildirilib. Bu rəqəmlərlə birlikdə 1266 nəfərin həyatını itirdiyi İtaliyada insanların gündəlik həyatı da bu haldan mənfi təsirlənir. Gündəlik həyatlarında köklü dəyişikliklərin yaşandığı Neapol'dan gələn görüntülər dünyanı şoka salıb.

Son xəbərin təfərrüatları...
Korona virusunun yayılmasına nəzarət etmək üçün İtaliya böyük bir müharibədədir.

Bir gündə 250 ÖLÜM
Ölkədə yeni növ koronavirusundan ölənlərin sayı 250 nəfər artaraq "bir gündə qeydə alınan ən yüksək ölüm" kimi qeyd olunub. Fevralın 21-də başlayan Covid-19 pandemiyası səbəbindən ümumi vəziyyət pisləşməyə davam edir. Ölkədə aptek və ərzaq mağazalarından başqa bütün dükanları bağlamaqla fövqəladə addım atılıb.
Mülki Müdafiə Baş direktoru Angelo Borrelli paytaxt Romada mətbuat konfransında Covid-19 hadisələri ilə bağlı son vəziyyəti bölüşdü.

Yerlərdə TƏHLÜKƏSİZ MƏSAFƏ işarəsi çəkirlər
Təhlükəsiz məsafə işarələri İtaliyada açılmış mağazalarda çəkilməyə başlayıb. Bu üsul ictimai yerlərdə də istifadə olunur. Yerdəki işarələr sayəsində insanlar bir-birlərinə yaxınlaşmır və baş verən pandemiyanın daha çox insana yoluxmasının qarşısını almaq məqsədi daşıyır. İtaliyada küçəyə çıxan hamı bir-birindən kifayət qədər məsafədə qalmağa çalışır. Sıralar ümumiyyətlə uzaq məsafələrlə edilməyə çalışılır.

Karantində olan Neapolda şok yaradan görüntülər
Karantin altında Neapoldan paylaşılan görüntülər sosial mediada şok yaradıb. İnsanlar balkonlarına çıxaraq bir ağızdan milli marş və mahnı oxuyaraq virus epidemiyasına qarşı durmağa çalışırlar.
İnsanlar evlərinin eyvanlarından bir-birilərinə 'Virusa qalib gələcəyik, eyvanlarınıza çıxın. İtaliya, Neapol hamımız birik deyərək qışqırırlar.
Çində virusun sıfır nöqtəsi olan Vuhanda da karantində olan milyonlarla insan bir-birlərini dəstəkləmək üçün balkonlarından mahnı və milli himnlər oxuyurdular.

Bir gündə açıqlanan ən çox ölüm
Ölkədə mövcud hadisələrin sayının 10.590-a yüksəldiyini bildirən Borrelli, ölən və sağalanlar bu saya daxil olduqda yoluxmuşların ümumi sayının 12 min 462 nəfər olduğunu söyləyib. Borrelli, ölənlərin ümumi sayının dünənlə müqayisədə 196 nəfər artdığını və ümumi sayının 827 nəfərə çatdığını açıqlayıb.
1028 nəfərin reanimasiyada müalicəsi barədə məlumat paylaşan Borrelli, dünən 1004 olaraq elan edilən sağalan insanların sayının bu gün daha 41 artaraq 4045-nəfərə yüksəldiyini söyləyib.

Bu gün dünyasını dəyişən insanların yaş bölgüsü haqqında məlumat verən Borelli, ölənlərin 2 faizinin 50-60 yaş arasında, qalanlarının 60 yaşdan yuxarı olduğunu və müxtəlif patoloji xəstəlikləri olan insanlar olduğunu bildirib.

Bazar ertəsi günü İtaliyanın Baş naziri Cuiseppe Konte ölkədə şok effekti yaradıb. Konte ölkənin şimal bölgəsini əhatə edən karantin tədbirlərinin bütün ölkəni əhatə edən bir vəziyyətə çevrildiyini açıqlayıb.

Bu addım ölkədə, Bütün ictimai tədbirlərin qadağan edilməsi, kinoteatrların, idman salonlarının və əyləncə məkanlarının bağlanması, cənazə və toy mərasimlərinin ləğvi və Serie A oyunları da daxil olmaqla idman tədbirlərinin dayandırılmasına gətirib çıxarıb.

Karantin bir addım daha irəli gedib
Baş nazir Konte, bu gün İtaliyada epidemiyanın başlamasından ölkədə ölüm hallarının ən çox artmasından sonra epidemiya ilə mübarizə üçün daha sərt məhdudiyyətlərin olduğunu açıqlayıb.
Baş nazir izah edib ki, supermarketlər, restoran və apteklərdən başqa bütün mağazalar bağlanmalıdır. Şirkətlərin istehsal üçün tələb olunmayan bütün şöbələrini bağlamaları gərəkdiyi bildirilib.

TƏDBİR palatasının rəhbəri ÖLÜB
Mediada yayılan məlumatlara görə, dünən vəfat edənlərdən birinin Varese Tibb Palatasının prezidenti, 67 yaşlı Roberto Stella olduğu bildirilib.
Stellanın yeni növ koronavirusunun səbəb olduğu nəfəs darlığından öldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB