Nümayəndə heyətinin üçüncü üzvündə də koronavirus aşkarlandı

Nümayəndə heyətinin üçüncü üzvündə də koronavirus aşkarlandı

Braziliyanın Vaşinqtondakı səfirliyi, müvəqqəti işlər vəkili Nestor Forsterdən koronavirusun təsdiqini tapdığını açıqlayıb. O, ABŞ prezidenti Donald Trump ilə danışıqlarda iştirak edən üçüncü üzv olüb, hansıki, COVID-19 analizi müsbət nəticə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Braziliya səfirliyinin Twitter-dəki rəsmi səhifəsində məlumat yayılıb.

"Braziliyanın müvəqqəti işlər vəkili, səfir Nestor Forster, bu gecə bilib ki, onda COVID-19 analizi müsbət olub. Tibbi məsləhətlərə riayət edən səfir Forster üçün iki həftə əvvəlcədən ehtiyat məqsədilə olduğu karantin müddəti davam etdiriləcək", deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl koronavirus Braziliya Prezidentinin mətbuat xidmətinin rəhbəri Fabio Vainqartendə və senator Nelsinu Tradada təsdiqlənib. Braziliyanın rəhbəri Jair Bolsonaru da koronavirus testindən keçib. Onun nəticəsinin müsbət olduğu bildirilib, ancaq sonra Braziliya prezidenti koronavirus üçün ilk testin müsbət nəticə verdiyini təkzib edib.

ABŞ prezidenti Tramp, test etmədiyini söyləyib. Buna baxmayaraq, Ağ Ev Bolsonaru və Trampın görüşü ilə əlaqədar təcili iclas keçirmək qərarına gəlib. Daha sonra ABŞ prezidenti, ehtimal ki, koronavirus testini keçirəcəyini də söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə