ABŞ Prezidenti Donald Trump ABŞ-a pulsuz koronavirus (Covid-19) sınağından keçməyi təmin edən qanun layihəsini açıqlayıb. SİA xəbər verir ki, Trump ABŞ-da virusa yoluxanların sayının artması ilə əlaqədar ölkə daxilində fövqəladə vəziyyət elan edildikdən sonra görüləcək əlavə tədbirlər haqqında məlumat verib.
O bildirib ki, Nümayəndələr Palatasının 6201 saylı qanun layihəsini tamamilə dəstəklədiyini açıqlayıb.
Belə ki, qanun layihəsinə əsasən pulsuz koronavirus testləri keçiriləcək və pullu müalicə edilən xəstəlilər fövqəladə vəziyyətə görə pulsuz müalicə ediləcək. Trump bildirib ki, Xəzinə və Əmək Nazirliyinə kiçik müəssisələrin bu haldan təsirlənməməsi üçün tənzimləmələrin aparılmasına dair tapşırıq verib.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB