Türkiyədə ağır qəza 44 yaralı

Türkiyədə ağır qəza 44 yaralı

Türkiyədə ağır yol qəzası baş verib. SİA xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşub.

Qəza Ağsaray-Adana magistral avtomobil yolunun 17-ci kilometrində baş verib. Qəza nəticəsində 44 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım briqadaları, xilasedicilər və polis cəlb edilib. Qəza ilə bağlı yük maşının sürücüsü saxlanılıb. Qəzanın səbəbləri araşdırılır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə