Özbəkistan Fransa, İspaniya və Böyük Britaniyaya uçuşları dayandırıb
Özbəkistan koronavirus təhlükəsi ilə bağlı Fransa, İspaniya və Böyük Britaniyaya uçuşları dayandırıb.
SİA xəbər verir ki, bundan əvvəl müxtəlif vaxtlarda Çin, Cənubi Koreya, İtaliya və İrana uçuşlar ləğv edilib.
Martın 14-dən, həmçinin Özbəkistanın bütün sərhəd-keçid məntəqələrində Çin, Cənubi Koreya, İtaliya, İran, Fransa, İspaniya və Böyük Britaniya vətəndaşlarının girişinə qadağa qoyulub.
Qadağa bu ölkələrin diplomatik və xidməti pasport sahiblərinə aid edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB