Gürcüstanda xarici valyuta, xüsusən də ABŞ dolları bahalaşıb

Gürcüstanda xarici valyuta, xüsusən də ABŞ dolları bahalaşıb
Gürcüstanda xarici valyuta, xüsusən də ABŞ dolları bahalaşıb. Son yarım ildə dollar tarixi maksimuma yüksəlib. SİA xəbər verir ki, Gürcüstanın Milli Bankının martın 14-nə təyin etdiyi məzənnəyə əsasən 1 ABŞ dolları 2,9942 GEL səviyyəsində müəyyən edib. Günlük müqayisədə dollar 0,0448 lari bahalaşıb. Rəsmi məzənnəyə əsasən, avronun da dəyəri artıb. Sabah 1 avronun qiyməti 0,0276 lari artaraq 3,3421 lari təşkil edəcək. Kommersiya banklarında məzənnə daha yüksəkdir. Bəzi kommersiya banklarında 1 dollar 3,02-3,10 GEL-ə dəyişdirilir. Qeyd edək ki, dolların kəskin bahalaşması bəzi istehlak mallarının qiymətində də özünü göstərməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə