Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsiz ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün sərhədləri bağlamaq qərarına gəlib. SİA-nın verdiyi məlumata görə, qərar martın 15-dən etibarən qüvvəyə minəcək.
Qərara əsasən, sərhədlər iki həftə müddətində bağlı qalacaq.
Hazırda Ukraynada karantin elan olunub. Martın 12-dən aprelin 3-dək tədris müəssisələri bağlanıb, bəzi ölkələrlə aviareyslər ləğv edilib, kütləvi tədbirlər qadağan edilib.
Əlavə edək ki, bu günədək Ukraynada koronavirusa 1 yoluxma faktı təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB