Ermənistanda koronavirusa 2 yeni yoluxma faktı təsdiqlənib.
SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan sosial şəbəkə vasitəsilə elan edib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.
Daha 100 nəfər virus şübhəsi ilə əlaqədar karantinə alınıb.
Bundan başqa, Ermənistanda tədris müəssisələri martın 23-dək bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB