ÜST nümayəndələri Ermənistanın çox sayda koronavirus hadisəsinin öhdəsindən gələ bilməyəcəyi qənaətinə gəldilər. SİA Ermənistana məxsus aysor.am saytında yayılan məlumata istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Qəzet yazır ki, bir neçə gündür ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Ermənistandadır və onlar Ermənistanın kontravirusa tab gətirməyə hazır olub-olmadığını müəyyən etmək üçün böyük xəstəxanaları izləyirlər. Nəşrin müxbiri xəstəxanalardan birinin məsul şəxsindən “Nə nəticəyə gəldilər?”, deyə soruşub.
"Xəstəliyin öhdəsindən gələ bilinməyəcəyi qənaətinə gəliblər. Həqiqətən də ÜST-nin köməyi olmadan müqavimət göstərə bilmərik", deyə xəstəxananın məsul şəxsi bildirib.
Müxbir ondan “niyə edə bilmirik?”, deyə soruşub. "Xəstəxanakı mövcud şəraitdə, eyni zamanda dərmanlarla bağlı problem var . Qərar verdik ki, xəstəxanalar təcili rejimdə, yəni müharibə illərində olduğu kimi işləsinlər", deyə həmin məsul şəxs cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB