BMT nümayəndəsi qadın hüquqlarının vəziyyətini qiymətləndirib

BMT nümayəndəsi qadın hüquqlarının vəziyyətini qiymətləndirib

Son 25 ildə kişi və qadının hüquq bərabərliyi sahəsində əldə olunan böyük uğurlara baxmayaraq, hazırda heç bir ölkə bu sahədəki problemlərin tam həll olunduğunu söyləyə bilməz və BMT ölkələri hüquq bərabərliyi uğrunda mübarizəni davam etdirməyə çağırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Rəşid Aluaş bəyan edib.

"Pekin Bəyannaməsinin qəbulundan bəri 25 il ərzində dünya xüsusilə sağlamlıq və təhsil sahələrində gender bərabərliyinə yaxınlaşıb. Dünyada ana ölümü səviyyəsi azalıb. Bir zamanlar qadınlar üçün əlçatmaz olan bir çox peşələrdə qadınlar indi lider mövqelər tutur. Hazırda 140-dan çox ölkələrə konstitusiyada gender bərabərliyi təmin edilir, 150-dən çox ölkədə cinsi təcavüz haqqında qanunlar qəbul edib", deyə R.Aluaş bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə