Nyu-York fond birjasında keçirilən hərrac sessiyasının nəticələrinə əsasən, 1987-ci ilin oktyabr ayından bəri qeydə alınan əsas indekslərin ucuzlaşması səbəbindən dünyanın ən varlı 20 insanı bir sutka ərzində təqribən 78 milyard dollar itirib. SİA xəbər verir ki, "Forbes" məlumatına əsasən ən çox itki aksiyaları 8 faiz ucuzlaşdıqdan sonra demək olar, 8 milyard dollar itirən "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun payına düşüb.
Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətinin Baş direktoru Bernar Arnonun varidatı isə sutka ərzində 7,7 milyard dollar azalıb.
"Forbes" jurnalının siyahısında, həmçinin 5,7 milyard dollar itirən "Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq və kapitalı 5,6 milyard dollar azalan milyarder Larri Ellison da var.
Martın 12-də yeni koronovirusun yayılması ilə bağlı təlaşlar fonunda Nyu-York fond birjasında keçirilən hərrac sessiyasının nəticələrinə əsasən dünyanın əsas indeksləri 9 faizdən də çox ucuzlaşıb. Bu, 1987-ci ilin oktyabr ayından indiyədək qeydə alınan ən böyük ucuzlaşmadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB