Ötən gecə Çin ABŞ-ı öz ərazisinə koronavirus gətirməkdə rəsmi səviyyədə ittiham edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatı Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi çəkinmədən Tvitterdəki öz səhifəsində yayaraq dövlətlərin xəstələrin real statistikalarını gizlətdiyini və Çində virusun yayılmasının əsas səbəbkarının ABŞ hərbi qüvvələri olduğunu söyləyib.
İndi İtaliyadan sonra Fransa mühasirə rejiminə keçir. Gün ərzində oradakı yoluxanların sayı üç dəfə artıb və hazırda demək olar ki, 3 min nəfərə çatıb. Prezident Emmanuel Makron ölkə sakinlərinə müraciət edərək, ölkədəki bütün təhsil müəssisələrinin bağlanacağını və lazım olduqda sərhədlərin bağlanacağını söyləyib.
"Bütün qitələrə, bütün Avropa ölkələrinə təsir edən bu epidemiya, Fransada son 100 ildə ən əhəmiyyətli sağlamlıq böhranına çevrilib. Biz bu virusun yalnız başlanğıcındayıq", deyə Makron bildirib.
Virus artıq birinci dərəcəli və öndə olan siyasətçilərə də çatıb. Kanada Baş nazirinin həyat yoldaşı xəstələnib. O hazırda karantindədir. Braziliya prezidenti bu xəstəliyə yoluxmaqda şübhəli hesab olunur. Bir müddət əvvəl Donald Trumpla görüşmüş mətbuat xidmətinin rəhbəri onun koronavirusdan yoluxduğundan şübhələnib. Bu Amerika liderinin koronavirus xəstələri ilə ikinci dəfə əlaqə qurması səbəbindəndir. Şahzadə Çarlz təhlükəsizlik tədbirlərini artırıb. Bu gecə BMT-nin qərargahında da virusun ilk halı qeydə alınıb. Arsenal komandasının baş məşqçisi də xəstələnib. Matçlar ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB