Everestə ekspedisiyalar ləğv oldu - SƏBƏB KORONAVİRUS

Everestə ekspedisiyalar ləğv oldu - SƏBƏB KORONAVİRUS

Nepal hakimiyyəti, koronavirus səbəbiylə aprel ayının sonuna qədər turist vizalarının verilməsini dayandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli “The Kathmandu Post” qəzeti məlumat yayıb.

Everestə edilən bütün alpinizm ekspedisiyaları da ləğv edilib. Qeyd olunur ki, məhdudiyyətlər 14 martda qüvvəyə minir.

Həmçinin qeyd edilib ki, ölkəyə səfər etmək vacib olarsa, xaricilər ölkənin konsulluğuna müraciət etməli və koronavirus üçün mənfi bir nəticə barədə arayış təqdim etməlidirlər.

Xatırladaq ki, Nepalda COVID-19 infeksiyasına dair bir yoluxma qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə