Ukraynada son bir həftədə 9, ümumilikdə 63 nəfər qripdən dünyasını dəyişib
Ukraynada son bir həftədə 9 nəfər qripdən dünyasını dəyişib.
SİA xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, epidemioloji mövsümdə artıq Ukraynada 63 nəfər qripdən həyatını itirib. Qripə yoluxanların 65 faizə yaxını uşaqlardır.
Ukraynada hər 100 min nəfərdən təxminən 580-i qripə yoluxub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB