Putinin Prezident seçilməsi koronavirusdan asılıdır? RƏSMİ - AÇIQLAMA
Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə keçiriləcək Prezident seçkilərində namizədliyini irəli sürməsinin bir neçə amildən asılı olduğunu bildirib. SİA xəbər verir ki, jurnalistlər Kremlin sözcüsündən Vladimir Putinin 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyini soruşublar.
Peskov bildirib ki, Rusiya liderinin namizədliyi irəli sürməsi qlobal iqtisadi vəziyyət, koronavirus və regional qarşıdurmalarla mübarizənin nəticələrindən və daha başqa bir neçə amildən asılı olduğunu bildirib.
Peskov vurğulayıb ki, dünyadakı vəziyyəti həddindən artıq gərgindir və bu çox narahat edicidir: "Belə çətin illərdə bəzi ölkələr hazırkı dövlət başçılarının səlahiyyətlərini qorumaq imkanı vermək qərarına gəlirlər. Hakimiyyətin davamlılığı kimi məsələlərdə bu böyük əhəmiyyət daşıyır".
O əlavə edib ki, Rusiya lideri hələ 2024-cü ildə keçiriləcək seçkilərlə bağlə namizədliyini irəli sürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB