İran səhiyyə nazirinin müavini, əvvəllər koronavirus xəstəliyinə yoluxmuş İrəc Harirçi bu xəstəlikdən sağalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran şöbəsinin saytında məlumat yayılıb.
Məlumata görə, İranın səhiyyə naziri Səid Namaki müavinini sağalması münasibətilə təbrik edib və koronavirusla mübarizənin gedişatını izləməyi tapşırıb. "Sizə xüsusi nümayəndəm olaraq, əyalət və şəhər rayonların mərkəzlərinə getməyiniz və koronavirusla mübarizədə milli səfərbərliyə əməl etməyiniz tapşırılıb", deyə nazir bildirib.
Xatırladaq ki, bəzi media orqanlarının verdiyi təkziblərə baxmayaraq, Harirçi özü ölkədə koronavirusun olduğunu inkar etməyib. Ancaq səlahiyyətli, xəstəlik problemini şişirtməməyə çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB