İran BVF-dən 5 milyard dollar kredit tələb edir koronavirusla mübarizə üçün
İran, bu günə qədər ölkədə 429 insanın ölümünə səbəb olan yeni koronavirusa (Covid-19) qarşı mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit istəyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verib.
İran Mərkəzi Bankının sədri Abdunnasir Himməti BVF prezidenti Kristalina Georgievaya, Covid-19 hadisəsi ilə mübarizə aparan ölkələrə BVF-nin ayırdığı 50 milyard dollarlıq yardım paketindən faydalanmaq üçün məktub yazdığını açıqlayıb.
BVF prezidenti Georgievanın "Heç kim maliyyə qaynaqlarının olmaması səbəbindən ölməməlidir" ifadəsini xatırladan Himmeti, İranın bütün əyalətlərində baş vermiş xəstəliklə mübarizə üçün iqtisadi dəstəyin lazım olduğunu söyləyib.
Himmeti, ölkədəki böhranın təsirini və İranın BVF-dəki kvotasını nəzərə alaraq Sürətli Maliyyələşdirmə Aləti (RFI) mənbələrindən 5 milyard dollar borc istəyib.
BVF tarixin doğru tərəfində olmalıdır
Digər tərəfdən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mesajında Twitter hesabında paylaşdığı mesajında və BVF-nin İran Mərkəzi Bankının tələb etdiyi kredit məbləğini ən qısa müddətdə təmin etməli olduğunu söyləyib. Zərif "BVF və BVF İdarə heyəti Fondun səlahiyyətlərinə tabe olmalı, tarixin doğru tərəfində dayanmalı və məsuliyyətli davranmalıdırlar" deyib.
Xatırladaq ki, BVF prezidenti Georgieva Dünya Bankının prezidenti David Malpass ilə 4 Martda baş verən Covid-19 epidemiyası ilə əlaqədar keçirdiyi mətbuat konfransında, epidemiya ilə mübarizə üçün 50 milyard dollar ayırdıqlarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB