Həcc ziyarətindən gələn şəxs koronavirusdan ölüb

Həcc ziyarətindən gələn şəxs koronavirusdan ölüb

Yunanıstanda ilk dəfə yeni növ koronavirusdan bir nəfər həyatını itirib. SİA xəbər verir ki, dünən Ümumdünya Səhiyyə Təşkilatının pandemiya olaraq elan etdiyi koronavirusdan 66 yaşlı kişi vəfat edib.

Yunanıstan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, həmin şəxs İsrailə və Misirə, daha sonra Həcc ziyarətinə gedib, qayıdandan sonra isə onda koronavirus aşkarlanıb.

Açıqlamada ölən xəstənin digər sağlamlıq problemlərinin olduğu bildirilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə