Almaniyada 2078 nəfər koronavirusa yoluxub

Almaniyada 2078 nəfər koronavirusa yoluxub

Almaniyada COVID-19 infeksiyasına yoluxanların sayı 2078 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Johns Hopkins Universitetinin açıqladığı rəqəmlərdə öz əksini tapıb.

Bundan əvvəl Robert Koxa institutu 1567 nəfərin yoluxduğunu, 3 nəfərin isə dünyasını dəyişdiyini açıqlamışdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu pendemiya adlandırıb. Dünyanın 100 ölkəsində 120 mindən çox insan yeni növ virusa yoluxub, 4 min insan isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə