Səudiyyə Ərəbistanı neft hasilatını artıracağını bəyan edib. SİA xəbər verir ki, Səudiyyə Ərəbistanı Avropa ölkələrinə neft hasilatını üç dəfə artıracaq.
Belə ki, "Arab Light" markalı nefti 25 dollardan ixrac edəcək. Bununla da Səudiyyə Ərəbistanı Rusiyanın "Urals" markalı neftini Avropa bazarından sıxışdırmağı planlayır.
Qeyd edək ki, OPEK+ çərçivəsində keçirilən iclasda Səudiyyə Ərəbistanı neft hasilatını daha da azaltmağı, Rusiya isə mövcud səviyyədə saxlamağı təklif edib. Nəticədə razılaşma baş tutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB