Türkiyəni dayandırmağa gücləri çatmayacaq - AÇIQLAMA

Türkiyəni dayandırmağa gücləri çatmayacaq - AÇIQLAMA

“Avropa Birliyindən ABŞ-a 30 gün ərzində səyahətlərin qadağan etdiyi xəbərini Türkiyə fotoşəkiliylə yayımlayan New York Times qəzetinin bu yayın anlayışı, koronavirusdan daha təhlükəlidir”. Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

Diplomat bildirib ki, səyahət məhdudlaşdırması gətirilən ölkələr arasında Türkiyənin olmamasına baxmayaraq ABŞ mərkəzli New York Times qəzeti, çox çirkin şüuraltı əməllərlə məşğuldur:


“Bu fotoşəkil və nəşr anlayışı dünyada məzlumlarının səsi mövqesində hər keçən gün güclənən Türkiyədən narahatlıq duyulduğunu və bunu dayandırmaq üçün hər cür yola əl atdıqlarının nümunəsidir. Mövzu səyahətə gəldikdə ölkəmizin ən populyar şirkəti olan Türk Hava Yollarını (THY) qaralamaq üçün yayımlanan xəbərlə heç bir əlaqəsi olmamasına baxmayaraq şirkətin loqotipi və ya THY-na aid təyyarənin fotoşəkili istifadə edilir. New York Times-ın müxtəlif məqsədlərlə həyata keçirdiyi bu qərəzli əməlləri çox çirkindir”.

H.Altınalan qeyd edib ki, ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasına qarşı aldığı tədbirləri dünən axşam açıqlayarkən, Avropa Birliyindən ABŞ-a 30 günlük müddət ərzində səyahətləri qadağan etdiyini, qərarın cümə günü etibarilə qüvvəyə minəcəyini və Türkiyə ilə İngiltərənin qadağadan azad olacağını ifadə edib: “Buna baxmayaraq New York Times bu həqiqəti yox sayaraq koronavirusa qarşı ABŞ-ın aldığı uçuş qadağası qərarını Türkiyənin və Türkiyədə dezinfeksiya edilən bir məscidin fotoşəkilini da istifadə edərək xəbəri yayımlaması eyni zamanda İslamofobiyanın bir göstərcisidir”.


Sonda isə H.Altınalan vurğulayıb ki, dünyada sülh və qardaşlıq siyasəti izləyən nadir ölkələrdən biri olan Türkiyəyə qarşı təəssüf ki, Qərb və Rusiya mediasında tez-tez bu cür yalan və məqsədli xəbərlər yayımlanmaqdadır: “Bu xoşagəlməz haldır. Belə yanaşmalar onların məğlubiyyətinə səbəb olur. Bir sözlə ölkəmiz müxtəlif beynəlxalq media qurumları tərəfindən daim qaralama kampaniyasına məruz qalır. Ancaq siyasi, iqtisadi və hərbi sahə də olmaqla hər sahədə böyüyən, güclənən Türkiyəni bu cür yalan xəbər və fotoşəkillərlə dayandırmağa gücləri çatmayacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə