Sci-Tech: "BƏƏ Marsa enmək üçün gün sayır" - FOTOLAR

Sci-Tech: "BƏƏ Marsa enmək üçün gün sayır" - FOTOLAR

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) son bir neçə ildə başlatdığı kosmik proqramı çərçivəsində gərgin iş rejimi ilə çalışır. Keçən il öz peyklərini və ilk astronavtları Hazza Al Maansouru Beynəlxalq Kosmik Stansiyaya göndəriblər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Ancaq ölkənin hazırda planı Marsa getməkdir. BƏƏ-də "Qırmızı planet"i kəşf etmək üçün öz mühəndisləri ilə kosmik raket hazırlayıb. BƏƏ-nin dövlət katibi Sarah Al Amiri bildirib ki, "Əmirliklər Mars"-ın missiyası il boyu Marsdan bizə məlumat göndərməyi hədəfləyir. Bəs bu niyə bu qədər vacibdir? Marsdakı iqlim dəyişikliyini və Mars atmosferindəki dinamika və hava dəyişkənliyini anlamalıyıq. Bu şəkildə "Qırmızı planet"də nələrin baş verdiyini anlaya biləcəyik".

Nazir açıqlamasında “Ölkəmiz bu işlə niyə məşğul olur? Çünki dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı çox şey öyrənəcəyik. İnsanları Marsa göndərə bilsək, gələcəkdə nə ilə qarşılaşacağımız barədə daha yaxşı bir təsəvvür əldə edə bilərik".

Marsa çatmaq Birləşmiş Ərəb Əmirlikləri üçün böyük əhəmiyyət daşıyır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə