ABŞ-da koronavirusa yoluxanların sayı 1311 nəfərə çatıb

ABŞ-da koronavirusa yoluxanların sayı 1311 nəfərə çatıb

ABŞ-da koronavirusa yoluxanların sayı 1311 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, virusa yoluxanlardan 38 nəfəri dünyasını dəyişib.

Məlumata görə, 1 gün əvvəl rəsmi olaraq min nəfərin virusa yoluxduğu bildirilirdi. Koronavirusla bağlı testlərin yalnız seçilmiş xəstələrdə aparıldığından yoluxanların real sayının daha çox olduğu qeyd edilir. Müxtəlif qiymətləndirmələrə görə, ABŞ epidemiya ilə bağlı 10 mindən az test keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu pandemiya elan edib. Artıq dünyanın 100 ölkəsində 120 min insan koronavirusa yoluxub. Onların yarısı sağalıb, 4 minə yaxını isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə