Avropadan ABŞ-a olan bütün uçuşlara 30 günlük qadağa qoyulub

Avropadan ABŞ-a olan bütün uçuşlara 30 günlük qadağa qoyulub

ABŞ Prezidenti Donald Tramp növbəti 30 gün ərzində Avropadan ABŞ-a olan bütün uçuşlara qadağa qoyub.

SİA xəbər verir ki, Tramp bunun Britaniyadan olan uçuşlara şamil olunmadığını bildirib. ABŞ Prezidenti ölkənin yaşlı vətəndaşlarına səyahət etməməyi də tövsiyə edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ COVID-19 - koronavirus infeksiyasının pandemik olduğunu elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə