Əli Babacan partiya sədri seçilib

Əli Babacan partiya sədri seçilib

Türkiyə baş nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasının (Demokrasi və Atılım Partisi – DEVA Partisi) sədri seçilib. Bu məlumatı “Haberler” yayıb.

Bildirilib ki, martın 11-də Təsisçilər Heyətinin ilk toplantısında Əli Babacan partiyanın sədri seçilib. Təsisçilər Heyətinin 90 üzvü var. Onların arasında indiki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş üzvləri, sabiq nazirlər - Sədulla Ergin, Selma Aliye Kavaf və Nihat Ergün, AKP-nin keçmiş deputatları, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeliyə qarşı namizədliyini irəli sürmüş Pamiz Ongun də var.

DEVA Partiyası Türkiyə Böyük Millət Məclisində təmsil olunan 11-ci partiya oldu. Qeyd edək ki, Əli Babacan DEVA-nı üç aydır elan etməyi təxirə salmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə