Almaniyanın "Hannover" klubunun futbolçusu koronavirus xəstəliyinə tutulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Almaniyanın "Hannover" futbol klubunun müdafiəçisi Timo Huberza koronavirus infeksiyasına yoluxub. Qeyd olunur ki, bu günlərdə 23 yaşlı futbolçunun ekspress-testi keçirilib, hansıki, müsbət nəticə göstərməklə, onun sözügedən virusa yoluxduğunu təsdiqləyib. Baxmayaraq ki, futbolçu komanda yoldaşları ilə əlaqə qurmayıb, onların özlərini də testdən keçmək gözləyir.
Komandanın oyunçuları bu günə qədər Drezdenin “Dinamo” klubu ilə qarşılaşmaya hazırlaşmağa davam edirlər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB