Çərşənbə axşamı İndoneziyanın Java bölgəsində baş verən zəlzələ nəticəsində ən azı 3 nəfər yaralanıb və 200-dən çox evə ziyan dəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti İqlim və Geofizika Agentliyinə, eləcə də Fəlakətlərin İdarə Edilməsi Agentliyinə istinadən məlumat verir.
Məlumata görə, 4.9 bal gücündə zəlzələ çərşənbə axşamı günü yerli vaxtla 17.18-də baş verib. Zəlzələlərin episentri Java adasında Sukabumi şəhərindən 13 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Zəlzələ nəticəsində ölənlərin olmadığı, ancaq üç sakinin yaralandığı qeyd edilir. "Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara aparılıb və tibbi yardım alıblrlar.
Məlumatda qeyd olunur ki, təkanlar Boqor şəhərində və Cakartanın bəzi bölgələrində də hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB