Almaniya kansleri Angela Merkel Avropa ölkələrinin epidemiya ilə mübarizə üçün tədbirlər görmədiyi təqdirdə planetin əhalisinin kütləvi şəkildə koronavirusa yoluxacağını proqnozlaşdırıb. Onun fikrincə, dünya insanlarının 70%-i risk altında ola bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Reuters məlumat verir.
"Virus ətrafa sürətlə yayılırsa və bunun qarşısını alacaq dərman vasitəsi yoxdursa, o zaman əhalinin 60%-dən 70%-ə qədəri yoluxacaq", deyə Merkel Berlində mətbuat konfransında bildirib.
Kansler hazırda AB ölkələrinin başçılarının virusun yayılması səbəbiylə səhiyyə sistemini həddən artıq yükləməməli olduğunu vurğulayıb. Merkel əlavə edib ki, Avropa ölkələri epidemiya səbəbindən sərhədləri bağlamamalıdır.
Bundan əlavə, kansler 12 Mart Cümə axşamı günü Almaniyanın koronavirusa qarşı tədbirlər planını əlaqələndirmək üçün əyalət baş nazirləri ilə görüşəcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB